
Bakı. Trend:
Danimarkada birpalatalı parlament – Folketinqə seçkilər
keçiriləcək.
Trend xəbər verir
ki, 27 günlük seçki kampaniyasından sonra 4,3 milyon seçici Sosial
Demokrat Partiyası, Liberal Partiya və Mötədil Partiyadan ibarət
koalisiya hökumətinin hakimiyyətdə qalıb-qalmayacağına qərar
verəcək.
179 mandat uğrunda 12 siyasi partiyanın namizədləri mübarizə
aparır. Bu yerlərdən 4-ü Qrenlandiya və Farer adalarının
nümayəndələrinə ayrılıb.
Parlamentə düşmək üçün partiyalar ən azı 2 faiz səs
toplamalıdır. Rəy sorğuları göstərir ki, ölkənin ən böyük siyasi
qüvvəsi olan Sosial Demokrat Partiyasının lideri Mette
Frederiksenin yenidən hökumət qurmaq şansı yüksək
qiymətləndirilir.
Seçki məntəqələri yerli vaxtla saat 09:00-da açılacaq və saat
20:00-da bağlanacaq.


