Çexiya ABŞ terminallarından qaz tədarükü üçün ilkin müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

Çexiya ABŞ terminallarında illik 1,4 milyard kubmetr qaz
sifarişi üçün ilkin uzunmüddətli müqavilə bağlayıb.

Trend xəbər verir
ki, bu barədə ABŞ-a səfərini başa vuran Çexiyanın Baş nazirinin
birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek məlumat
verib.

Nazir bildirib ki, əldə olunan razılaşma ölkənin enerji
mənbələrini şaxələndirmək və respublikanın enerji təhlükəsizliyini
gücləndirmək məqsədi daşıyır.




Karel Havliçek qeyd edib ki, dövlətə məxsus Çexiya şirkəti ČEZ
artıq qaz ehtiyatı üzrə müqavilənin detalları üzərində danışıqlar
aparır.

“Bu, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində
birbaşa addımdır. Bu saziş sayəsində biz Çexiya Respublikasının qaz
istehlakının təxminən 20–30 faizini təmin edə biləcəyik”, – deyə
nazir vurğulayıb.