
Bakı. Trend:
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti
köç karvanları yola salınıb.
Bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə – 34 nəfər, Hadrut
qəsəbəsinə 4 ailə – 15 nəfər, Şükürbəyliyə 7 ailə – 28 nəfər, Böyük
Qaladərəsinə 3 ailə – 14 nəfər, Ballıcaya 2 ailə – 7 nəfər,
Badaraya 2 ailə – 5 nəfər, Xanabada 2 ailə – 5 nəfər, Həsənrizə 13
ailə – 53 nəfər, Çıldırana 13 ailə – 53 nəfər, Vəngliyə isə 4 ailə
– 23 nəfər köçürülüb.
Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut
qəsəbələri, Cəbrayılın Şükürbəyli, Şuşanın Böyük Qaladərəsi,
Xocalının Ballıca, Badara və Xanabad, Ağdərənin Çıldıran, Vəngli və
Həsənriz kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.

