
Bakı. Trend:
Sabah Ramazan ayının 25-ci günüdür.
Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 15-də Bakıda imsak saat 05:26-da, iftar
isə saat 19:02-dədir.
Ramazan ayının 25-ci gününün duası:
“Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən
li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə
qulubin-nəbiyyin”.
Tərcüməsi:
“İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin
düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu
Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey
peyğəmbərlərin qəlbinin hamisi olan Allah!”
Allah orucunuzu qəbul etsin!


