
XIII Qlobal Bakı Forumu çərçivəsində Birləşmiş Millətlər Təşkilatının 80 illik fəaliyyəti ilə bağlı müzakirələr baş tutub.
“Report” xəbər ki, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım paneldə çıxış edərək bildirib ki, son illər dünyada baş verən müharibə və qiyamların həlli üçün BMT uğurlu iş ortaya qoya bilməyib.
Binəli Yıldırım qeyd edib ki, bəşəriyyətin qarşılaşdığı problemlərin həlli üçün mövcud problemlər aradan qaldırılmalıdır.
BMT Baş Assambleyasının 72-ci sessiyasının Prezidenti Miroslav Layçak deyib ki, BMT yaranandan indiyədək fəaliyyəti zəifləyib:
“Güclü gündəlik qurulmalıdır. Təhlükəsizlik sadəcə müharibə ilə bağlı deyil, burada inkişaf məsələləri də var. BMT çərçivəsində bütün dünya üçün önəmli məsələlərə diqqət yetirilməlidir”.
BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın sabiq xarici işlər naziri Srdcan Kerim öz çıxışında qeyd edib ki, BMT sistemində uzlaşmanın artırılması təşkilatda dərin islahatların aparılması üçün strateji zərurətdir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


