“Real”ın üç futbolçusu Çempionlar Liqasında “Mançester Siti” ilə cavab oyununu buraxa bilər

Baş səhifə
Realın üç futbolçusu Çempionlar Liqasında Mançester Siti ilə cavab oyununu buraxa bilər

İspaniyanın “Real” klubunun futbolçuları Kilian Mbappe, Alvaro Karreras və Ferlan Mendi UEFA Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” (İngiltərə) ilə keçiriləcək cavab oyununu buraxa bilərlər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hər üç futbolçu İspaniya La liqasının XXVIII turunda “Elçe”yə qarşı keçiriləcək matçda da meydana çıxmayacaq.

Qeyd edək ki, “Real” – “Elçe” oyunu martın 14-də Madriddə keçiriləcək.