Belçikada sinaqoqun qarşısında partlayış olub

Baş səhifə
Belçikada sinaqoqun qarşısında partlayış olub

Belçikanın Lyej şəhərində baş verən partlayış nəticəsində sinaqoqa ziyan dəyib.

“Report” xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Bildirilib ki, partlayış səhər saat 4 radələrində sinaqoq binasının qarşısında baş verib. Polis hadisəni araşdırır.

İnsident nəticəsində xəsarət alan yoxdur.