ABŞ İsrailə 12 min ədəd BLU-110 tipli aviabombanın satışına razılıq verib

Baş səhifə

Bakı. Trend:

ABŞ İsrailə 12 min ədəd BLU-110 tipli aviabombanın satışına
razılıq verib.

Trend xəbər verir ki, ABŞ
Dövlət Departamenti çəkisi 1 000 funt (təxminən 454 kiloqram) olan
12 min ədəd BLU-110 aviabombasının İsrailə satılmasını
təsdiqlədiyini açıqlayıb.

Məlumata əsasən, müqavilənin ümumi dəyəri 151,8 milyon dollar
təşkil edir. Saziş çərçivəsində amerikalı podratçıların
mühəndislik, logistika və texniki xidmət göstərməsi də nəzərdə
tutulur.




Sənəddə qeyd olunur ki, dövlət katibi Marko Rubio ABŞ-nin milli
təhlükəsizlik maraqları baxımından İsrail hökumətinə müəyyən
müdafiə məhsulları və xidmətlərinin təcili satılmasını zəruri edən
fövqəladə vəziyyətin mövcud olduğunu müəyyən edib və bunu
əsaslandırıb.

Bildirilib ki, sursatların bir hissəsi ABŞ-nin mövcud
ehtiyatları hesabına təmin olunacaq.