
Bu gün Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.
“Report” komitəyə istinadən xəbər verir ki, 155 vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 117-sinin səs verdiyi prosesdə qanunvericiliyə uyğun olaraq 14 namizəddən 7-si səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplayaraq Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzv seçilib:
1. Nuriyev Zakir Əlibala oğlu – Azərbaycan Banklar Assosiasiyası
2. Atakişiyev Ruslan Bahyəddin oğlu – “İqtisadi resursların öyrənilməsi” İctimai Birliyi
3. Xəlilov Vüsal İbrahim oğlu – “Türkiyə-Azərbaycan iş adamları və sənayeçiləri” İctimai Birliyi
4. Alxasov Cavanşir Ağasəlim oğlu – Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
5. Əhmədov Əli Zülfiqar oğlu – Media subyekti, “Fed.az” MMC
6. Nuriyeva Şəbnəm Cümşüd qızı – Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, müəllim, fəlsəfə doktoru
7. Cəfərov Eldəniz Şükür oğlu – Media subyekti, ekspert
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


