Ukraynada “Mi-24” helikopteri döyüş tapşırığından geri qayıtmayıb

Baş səhifə
Ukraynada Mi-24 helikopteri döyüş tapşırığından geri qayıtmayıb

Ukrayna Silahlı Qüvvələrinə aid “Mi-24” helikopteri döyüş tapşırığından geri qayıtmayıb, ekipaj üzvləri həlak olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Xerson” 11-ci əlahiddə ordu aviasiyası briqadası “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

“Təəssüf hissi ilə itki barədə bildiririk. Silahdaşlarımız – “Mi-24″ helikopterinin heyəti döyüş tapşırığından qayıtmayıb. Onlar əsl vətənpərvər, ləyaqətli insanlar və nümunəvi zabitlər idilər”, – briqadanın məlumatında bildirilib.