Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Baş səhifə

Türkiyədə 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Qanun qəbul edilərsə, valideynlərinin icazəsi olsa belə uşaqlar sosial şəbəkələrə daxil ola bilməyəcək.