Bakı. Trend:
ABŞ-nin Karakasdakı yeni səfiri Laura Doqu, təxminən yeddi illik
fasilədən sonra diplomatik münasibətləri bərpa etmək məqsədilə
Venesuelaya gəlib.
Trend xəbər verir ki, ABŞ-nin Karakasdakı səfirliyi X şirkətinin
sosial media platformasında səfir Doqunun Mayketiya Beynəlxalq Hava
Limanına gəlişini əks etdirən foto paylaşıb.
Paylaşımda qeyd olunur: “Mən və komandam işə başlamağa
hazırıq”.
Venesuela xarici işlər naziri İvan Gil Telegram paylaşımında
bildirib ki, Doqunun səfəri iki ölkə arasındakı fikir
ayrılıqlarının beynəlxalq hüquq və qarşılıqlı hörmətə əsaslanaraq
diplomatiya və dialoq yolu ilə həlli üçün vacibdir.
Laura Doqunun Venesuelaya gəlişi 2019-cu ildə kəsilmiş
diplomatik münasibətləri bərpa etmək məqsədini daşıyır.

