Bakı. Trend:
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla
Qrenlandiya və Arktika bölgəsində təhlükəsizlik məsələlərini
müzakirə edib.
Trend-in
məlumatına görə, bu barədə M.Rutte “X” sosial şəbəkəsində
yazıb.
NATO-nun baş katibi tərəflərin bu cür təmasları, xüsusən də
19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi
Forumunda davam etdirəcəklərini vurğulayıb.
Qeyd edək ki, D.Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a
birləşdirilməsini hədəflədiyini bildirib, çünki bunu ölkəsinin
milli təhlükəsizliyi üçün vacib hesab edir.

