“Mançester Yunayted” 44 ildən sonra antirekordunu təkrarlayıb

Baş səhifə
Mançester Yunayted 44 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərənin “Mançester Yunayted” klubu 44 ildən sonra antirekordunu təkrarlayıb.

“Report” “Opta Sport”a istinadən xəbər verir ki, bu, “qırmızı-şeytanlar”ın ölkə kubokunda “Brayton”a uduzması (1:2) ilə reallaşıb.

Komanda 1981/1982 mövsümündən sonra ilk dəfə həm Liqa Kubokunda, həm də FA Kubokunun birinci turunda mübarizəni dayandırıb.

Qeyd edək ki, “Mançester Yunayted” daha əvvəl Liqa Kubokunda “Qrimsbi Taun”a əsas vaxtı 2:2 bitən görüşün penaltilər seriyasında (11:12) məğlub olub.