“İnter” – “Napoli” oyununda qalib müəyyənləşməyib

Baş səhifə

Bakı. Trend:

İtaliya A Seriyasının 20-ci turunda “İnter” doğma meydanda
“Napoli”ni qəbul edib.

Trend xəbər verir
ki, qarşılaşmada qalib müəyyən olunmayıb.




Meydan sahiblərinin heyətində Dimarko 9-cu dəqiqədə, Çalhanoğlu
isə 73-cü dəqiqədə penaltidən fərqlənib. Qonaqlar isə Maktomineyin
26 və 81-ci dəqiqələrdə vurduğu qollarla cavab veriblər. Oyun 2:2
hesabı ilə başa çatıb.

Hazırda “İnter” 43 xalla A Seriyasının turnir cədvəlinə başçılıq
edir. Ondan 4 xal geri qalan “Napoli” isə ilk üçlüyü qapayır.