
Bakı. Trend:
Paolo Vanoli “Fiorentina”nın baş məşqçisi vəzifəsindən
ayrılıb.
Trend xəbər verir ki,
İtaliya klubu 53 yaşlı mütəxəssislə əməkdaşlığa son qoyulduğunu
rəsmən açıqlayıb.
Qeyd edək ki, “Fiorentina” mövsümü 42 xalla 15-ci pillədə başa
vurub. Mətbuatda yayılan məlumatlara görə, komandanın yeni baş
məşqçisi postuna əsas namizəd Fabio Qrosso hesab olunur.

