
Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkian ölkə ərazisində artıq 10 gündən
çoxdur davam edən etirazlarla bağlı təhlükəsizlik qüvvələrini son
dərəcə təmkinli davranmağa çağırıb.
Trend xəbər verir ki, bu
barədə o, “Al-Araby” telekanalına açıqlamasında bildirib.
Prezident qeyd edib ki, zorakılıqdan və məcburetmə
tədbirlərindən çəkinmək lazımdır: “Maksimum təmkin göstərilməli,
dialoq və dinc ünsiyyətə üstünlük verilməli, İran xalqının
tələbləri nəzərə alınmalıdır”.


