
Futzal üzrə Azərbaycan millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Bu barədə “Report”a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Komanda yanvarın 22-də və 24-də Danimarka yığması ilə qarşılaşacaq.
Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək. Oyunların başlama saatı hələlik məlum deyil.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


