
Bakı. Trend:
“Fulhem” baş məşqçi postu ilə bağlı Alvaro Arbeloa ilə
danışıqlar aparıb.
Cillermo Raiın məlumatına görə, ispan mütəxəssis klubda mümkün
təyinat üçün gündəmdədir və o, Marko Silvanin yerinə gətirilə
bilər. Silva isə “Benfika”ya keçib.
Daha əvvəl “Real” Arbeloanın baş məşqçi vəzifəsindən ayrıldığını
açıqlamışdı. O, yanvar ayından bəri klubda çalışırdı.

