
Bakı.Trend:
Bu gün 27 dekabr – Vəkil Günü peşə bayramı münasibətilə
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni
qəbul olunan vəkillərin andiçmə və peşə fəaliyyəti dövründə
fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilir.
Trend xəbər
verir ki, tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı,
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan
Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının
Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş
şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun
müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq
müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak edirlər.
Xəbər yenilənəcək


