Saat 16:30-da qaz kəsiləcək –

Baş səhifə

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı 16:30-dan etibarən, müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.