Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb

Baş səhifə
Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb

Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Vəndam kəndində, meşəlik ərazidə baş verib.

1970-ci il təvəllüdlü Nəriman Həbillah oğlu Bayramov meşədə olarkən üzərinə ağac düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.