Bakıda yanğın baş verib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində obyektdə yanğın baş
verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş
vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 942 kv.m. olan tütün
məmulatlarının və qarışıq malların satışı üçün nəzərdə tutulmuş
obyektin yanar konstruksiyaları 400 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə
olunub.