ABŞ Suriyada 70-dən çox İŞİD mövqeyinə zərbələr endirib

Baş səhifə

ABŞ və İordaniya Hərbi Hava Qüvvələri Suriyada İŞİD-ə qarşı keçirdikləri hərbi əməliyyatlar çərçivəsində 70-dən çox hədəfə aviazərbələr endiriblər.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandalığının (CENTCOM) “X” hesabında məlumat verilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatların bir neçə gün əvvəl Suriyada iki amerikalı hərbçinin öldürülməsinə cavab olaraq keçirildiyini bildirib.