Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Baş səhifə

Bakı. Trend:

Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

Trend-in
məlumatına görə, bu gün saat 14 radələrində Qax rayonu ərazisində
H.Bayramova idarə etdiyi “Nissan” markalı avtomobillə piyada, 43
yaşlı Maya Otaraşvilini vurub.




Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki,
faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.