Bakı. Trend:
FIFA-nın Qitələrarası Kubokunun qalibi bəlli olub.
Trend-in
məlumatına görə, finalda Fransanın PSJ və Braziliyanın “Flamenqo”
komandaları qarşılaşıblar. Qətərin paytaxtı Doha şəhərində
reallaşan görüşün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə
yekunlaşıb.
Penaltilər seriyasında isə 2:1 hesabı ilə qalib gələn PSJ
kubokun sahibi olub.

