Prezident İlham Əliyev: Azərbaycan dövləti həmkarlar ittifaqlarının sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan dövləti həmkarlar ittifaqlarının müstəqil və sərbəst
fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir və bu
sahədə onların azad fəaliyyəti üçün geniş imkanlar yaradıb.

Trend xəbər verir ki, bu
fikir Prezident İlham Əliyevin Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, sahə həmkarlar
ittifaqlarının sosial tərəfdaşlarla səmərəli əməkdaşlığın
dərinləşdirilməsinə və qarşılıqlı etimad mühitinin
formalaşdırılmasına, kollektiv məsuliyyətin artırılmasına xüsusi
diqqət yetirilməlidir.