Kukurelya La Liqaya qayıda bilər

Baş səhifə

Bakı. Trend:

“Çelsi” klubunun cinah müdafiəçisi Mark Kukurelya karyerasını
yenidən İspaniya La Liqasında davam etdirə bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Atletiko” klubu 27 yaşlı
futbolçunun transferində maraqlıdır və bu keçidin əsas təşəbbüskarı
baş məşqçi Dieqo Simeonedir.




Bununla yanaşı, transferin reallaşması asan görünmür. Belə ki, “zadəganlar” futbolçunu satmağa tələsmirlər və mümkün keçid üçün
Madrid təmsilçisindən yüksək məbləğ tələb etməyi
planlaşdırırlar.

Qeyd edək ki, Kukurelyanın “Çelsi” ilə müqaviləsi isə 2028-ci
ilin iyun ayına qədər qüvvədədir.