Bakıda TDT “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclası keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) “Xəritəçilik İşçi
Qrupu”nun 2-ci iclası keçirilir.

Trend xəbər
verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali
Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu,
kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri
üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edəcək.

Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin
nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri
ilə qatılacaq.

Xəbər yenilənəcək