
“Real Madrid”in futbolçusu Kilian Mbappe klubdakı uğursuzluqdan danışıb.
Metbuat.az xəbər verir ki, Mbappe klubun oyunundan narazılığını ifadə edib. Mbappe instaqramdakı paylaşımında komandanın oyununun qəbuledilməz olduğunu bəyan edib. Futbolçu bildirib ki, klub intensivliyi artırmalıdır.
Qeyd edək ki, “Real Madrid” İspaniya La liqasının son 3 turunda qələbə qazana bilməyib. “Real” “Rayo Valyekano” ilə 0:0, “Elçe” ilə 2:2 və “Jirona” ilə 1:1 hesabı ilə bərabərə qalıb. Bundan əvvəl “Real”da bir sıra futbolçuların Xabi Alonsonun oyun fəlsəfəsindən narazı olduğu barədə xəbərlər dərc edilmişdi. “Real” 14 turdan sonra 33 xal toplayıb və lider “Barselona”dan 1 xal geri qalır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

