
Noyabrın 29-u axşam saatlarından etibarən Rusiya ordusu pilotsuz uçuş aparatları ilə Kiyev vilayətini hədəfə alıb.
AAP xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, zərbələr yaşayış məhəllələrinə tuş gəlib. Hücum nəticəsində bir sıra dağıntılar qeydə alınıb.
“Təəssüf ki, Vışqorodda hücum nəticəsində çoxmərtəbəli binada yanğın başlayıb. Hadisə yerində xilasedicilər, polis və tibb əməkdaşları çalışır”, – deyə o bildirib.
Bundan əlavə, bir fərdi yaşayış evi dağılıb, bir müəssisənin ərazisində də yanğın qeydə alınıb.


