Çilidə avtobusların toqquşması nəticəsində ölənlər və yaralananlar var

Baş səhifə
Çilidə avtobusların toqquşması nəticəsində ölənlər və yaralananlar var

Çilinin şimalındakı Antofaqasta bölgəsində iki şəhərlərarası avtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, 50 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Milli Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Xidməti məlumat yayıb.

Qəza Antofaqasta bələdiyyəsinin Şimal 5 şossesi boyunca Varillas məhəlləsində baş verib.

Səlahiyyətlilərin bildirdiyinə görə, bir neçə yaralı xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır, daha 35 nəfər isə hadisə yerində müalicə olunub. Qəzanın səbəbləri araşdırılır.