Bakı. Trend:
Böyük Britaniya ordusu Beynəlxalq Müdafiə Kiber İdman Oyunlarına
start verib.
Trend-in məlumatına görə, bu barədə Britaniya hökumətindən
məlumat verilib.
Bildirilib ki, bu, əsgərlərə əsl döyüş meydanındakı vəziyyətlərə
hazırlaşmağa kömək edəcək.
“Beynəlxalq müdafiə kiber idman oyunları müasir hərbi
əməliyyatlar üçün tələb olunan rəqəmsal bacarıqların inkişaf
etdirilməsində irəliyə doğru əhəmiyyətli bir addımdır. Ukraynadakı
münaqişələr də daxil olmaqla, münaqişələrdən alınan dərslər,
pilotsuz uçuş aparatlarının operatorlarının təlimi və kiber
imkanların artırılması üçün oyun texnologiyalarının real dəyərini
nümayiş etdirlb”, – deyə Böyük Britaniya Kiber və Xüsusi
Əməliyyatlar Komandanlığının komandir müavini Tom Kopinqer-Sayms
bildirib.
Britaniya hökumətinin məlumatına əsasən, oyunlarda 40-dan çox
ölkədən kiberidman idmançıları iştirak edəcək. İlk yarış 2026-cı
ilin oktyabr ayında Sanderlenddə keçiriləcək.

