Azərbaycanın I Liqa təmsilçisi heyətini iki futbolçu ilə gücləndirib

Baş səhifə
Azərbaycanın I Liqa təmsilçisi heyətini iki futbolçu ilə gücləndirib

Azərbaycanın I Liqa təmsilçisi “Şahdağ Qusar” heyətini iki futbolçu ilə gücləndirib.

Bu barədə “Report”a klubun mətbuat xidmətindən bildirilib.

Bölgə təmsilçisi Kvaku Adjei və Orxan Fərəcovla anlaşıb.

K.Adjei “40”, O.Fərəcov isə “77” nömrəli formada çıxış edəcəklər.

Qeyd edək ki, “Şahdağ Qusar” hazırda I Liqada 10 xalla 5-ci pillədə qərarlaşıb.