Səudiyyə Ərəbistanı ABŞ-dən F-35 qırıcılarının modernləşdirilmiş variantını alacaq

Baş səhifə
Səudiyyə Ərəbistanı ABŞ-dən F-35 qırıcılarının modernləşdirilmiş variantını alacaq

Səudiyyə Ərəbistanı ABŞ-dən İsraillə eyni F-35 beşinci nəsil qırıcı-bombardmançı təyyarələrini alacaq.

“Report”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi və Baş nazir Məhəmməd bin Salman Əl Saudla danışıqların əvvəlində açıqlayıb.

Trampdan Səudiyyə Ərəbistanına tədarük edilən F-35-lərin İsrailə tədarük edilənlərdən daha aşağı qiymətə olub-olmayacağını aydınlaşdırması istənilib.

“Mənə gəldikdə, hər iki ölkənin yüksək keyfiyyətli məhsul almalı olduğuna inanıram”, – o deyib.