Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olduğunu bəyan edib.
APA xəbər verir ki, MHP lideri bu barədə partiyasının qrup iclasında bildirib.
“Açıq şəkildə deyirəm. Lazım gəlsə, üç dostumu da götürüb İmralıya gedərəm”, – o qeyd edib.
Dövlət Bağçalı vurğulayıb ki, terrordan azad bir Türkiyənin hədəfi getdikcə daha da güclənməkdirsə, İmralıya getməkdə çəkinməyin mənası yoxdur.

