
Bakı. Trend:
Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş
işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə
yaranacaq.
Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə 17 noyabr tarixində Maştağa Enerji Təchizatı və Satışı
İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada təmir-təftiş
və sınaq işləri aparılacaq.
“Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Maştağa Sovxoz
və Ramana Daş karxanaları yaşayış massivlərinin bir hissəsində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa
çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik
enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd edilib.

