Bu ilin 9 ayı ərzində 36 mindən çox nikah qeydə alınıb

Baş səhifə
Bu ilin 9 ayı ərzində 36 mindən çox nikah qeydə alınıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 36332 nikah və 15480 boşanma

halları qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-

yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.