Bakı. Trend:
PSJ-nin futbolçusu Vitinya karyerasını İngiltərə Premyer
Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Liverpul” portuqaliyalı yarımmüüdafiəçini transfer etmək istəyir.
Bu barədə “CaughtOffside” məlumat yayıb.
Lakin “Qırmızılar”ın Vitinyanı heyətinə qatacağı o qədər də asan
görünmür. Belə ki, “Liverpul” dayaq yarımmüdafiəçisi üçün Fransa
klubuna ən azı 130 milyon avrro ödəməlidir.
Qeyd edək ki, PSJ Vittinyanı 2022-ci ilin yayında “Portu”dan
transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Paris
təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 10
məhsuldar ötürmə ilə yadda qalıb.

