
Bakı.Trend:
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS)
dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Trend xəbər
verir ki, siyahıya ümumilikdə 502 klub daxil edilib. Azərbaycan
çempionu “Qarabağ” 192,25 xalla 17 pillə irəliləyərək 82-ci yerdən
65-ci sıraya yüksəlib.
Digər Azərbaycan klubları da reytinqdə irəliləyiş əldə ediblər.
Belə ki, “Sabah” 296-cı mövqedən 276-cı yerə, “Araz-Naxçıvan”
391-ci yerdən 390-cı sıraya, “Zirə” isə 407-ci pillədən 387-ci
mövqeyə qalxıb.
IFFHS-nin cədvəlinə PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin
“Real Madrid”, “Çelsi”, “İnter” və “Bavariya” klubları yer
alıblar.

