TDT Baş katibi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek
Ömüraliyev Azərbaycanı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik
edib.

Trend xəbər
verir ki, bu barədə Kubançıbek Ömüralıyevin “X” hesabındakı
paylaşımında qeyd olunub.

“8 noyabr – Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi
zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan
xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla
dərin hörmətimi bildirirəm”, – Ömüraliyev qeyd edib.