
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir
yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli
olacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər isə bəzi yerlərdə
yağışın intensivləşəcəyi gözlənilir.
Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında noyabrın 5-i gündüzədək bəzi yerlərdə
fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək
çaxacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

