Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı

Baş səhifə

Bakı. Trend:

Uşaqlar rahat geyinməyi xoşlayırlar. Paltar onları sıxmamalı,
gün boyu sərbəst hərəkət etməyə imkan verməlidir. Valideynlər isə
uşaqlarına geyim seçərkən rahatlıqla yanaşı, keyfiyyət və sağlamlıq
meyarlarını da əsas götürürlər.

Bunu beynəlxalq araşdırmalar da təsdiqləyir. “Cotton
Incorporated Lifestyle Monitor”un 2022-ci və 2023-cü illərdə
keçirdiyi sorğuların nəticələrinə görə, valideynlər məktəb mövsümü
alış-verişində geyimin rahatlığına (75%), keyfiyyətinə (68%) və
davamlılığına (53%) üstünlük verirlər. Sorğuda iştirak edən
valideynlərin 84%-i uşaqları üçün pambıq parçadan geyimləri
seçdiklərini bildiriblər, çünki onlar rahat, nəfəsalan və
uzunömürlüdür.

“Trendyolmilla” uşaqlar üçün hazırladığı “Trendyol Milla Kids”
kolleksiyasında bu prinsipləri əsas götürür. Kolleksiya rahatlığı,
dəbi və keyfiyyəti bir araya gətirərək həm uşaqların, həm də
valideynlərin gözləntilərini qarşılayır.

Kolleksiyanın istehsalında yüksək keyfiyyətli pambıq
qarışıqlardan, elastik cins və nəfəs alan toxunma parçalardan
istifadə edilir.

Məhsullar Türkiyədə istehsal olunur və “Trendyol”un xüsusi
keyfiyyət və təhlükəsizlik standartlarına tam cavab verir.
Kolleksiyaya daxil olan hər bir məhsul kimyəvi və fiziki testlərdən
keçirilir.




“Trendyolmilla Kids” 3-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub
və onların geyim ehtiyaclarını tam qarşılayır. Gündəlik geyim, ev
paltarı, üst geyimi, çimərlik paltarı, məktəb çantası, ayaqqabı və
müxtəlif aksessuarlardan ibarət kolleksiya hər mövsümə uyğun
seçimlər təklif edir. Hər büdcəyə uyğun qiymətlərlə təklif olunan
geyim və aksessuarlar balacaların qarderobunun ən sevimli
parçalarına çevrilir.

Kolleksiya uşaqlığın enerjisini və yaradıcılığını ortaya çıxarır
və onu geyim vasitəsilə əks etdirir. Kollec və şəhər estetikasından
ilhamlanaraq ərsəyə gətirilən kolleksiya, qız və oğlan uşaqlarına
xas üslubla yanaşı, unisex geyim dizaynı ilə də diqqət çəkir.

“Trendyol Milla Kids” kolleksiyası rahatlıq, uzunömürlülük və
kreativliyin balansını yaradır, eyni zamanda gözoxşayan, trendə
uyğun və müasir estetik görünüşə malikdir. Münasib qiymətlərlə
təklif olunan geyimlərimizin dizaynı uşaqların hərəkət azadlığını
təşviq edir, həm uşaqların, həm valideynlərin eyni dərəcədə könlünü
oxşayan dizayndadır. Qiymətlər isə çox münasibdir”, deyə
‘’Trendyolmilla’’ baş direktoru Sanem Tuna bildirib.

Yumşaq və parlaq rəng palitraları, pozitiv qrafiklər və rəng
blokları ilə işlənmiş detallar “Trendyolmilla Kids” kolleksiyasını
tamamlayır, uşaqların azad ruhunu və fərdiliyini ön plana çıxarır.
Bu dizayn yanaşması uşaq geyimlərini rəngarəng və maraqlı edir,
onlara özünüifadə imkanı yaradır.

“Trendyol”un azərbaycanlı istifadəçiləri rahatlıq, keyfiyyət və
dəbin birləşdiyi bu kolleksiyanı münasib qiymətə Trendyol
platformasından əldə edə bilərlər.