Şatdauna görə dispetçerlərin çatışmazlığı ABŞ-də uçuşlar üçün riskləri artırıb

Baş səhifə
Şatdauna görə dispetçerlərin çatışmazlığı ABŞ-də uçuşlar üçün riskləri artırıb

Federal hökumətin işinin maliyyələşdirilməsinin dayandırılması (şatdaun) nəticəsində dispetçer çatışmazlığı ABŞ-də hava nəqliyyatı və hava səyahətinin işləməsi üçün riskləri artırıb.

“Report” xəbər verir ki, bu barədə CBS teletelekanalına müsahibəsində nəqliyyat naziri, Milli Aeronavtika və Kosmik Məkanın Tədqiqatı İdarəsinin (NASA) direktoru vəzifəsini icra edən Şon Daffy bildirib.

O qeyd edib ki, dispetçerlər bir neçə həftədir maaş almırlar və ciddi streslə üzləşirlər, çünki ailələrini saxlamaq üçün vəsait axtarmalıdırlar, bu səbəblərdən bir çoxu işə getmir.