
Bakı. Trend:
Böyük Atatürkün ideyaları qardaş Türkiyənin inkişafının
təməlində dayanıb.
Trend xəbər
verir ki, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə
Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə
Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.
Spiker bildirib ki, Türkiyə Respublikası Rəcəb Tayyib Ərdoğanın
rəhbərliyi altında sürətli inkişaf yolunu seçib.
“Ankara dünyanın bir çox regionlarında münaqişələrin həllində
aparıcı rol oynayır. Türkiyə dünyanın aparıcı iqtisadiyyatlarında
öz əhəmiyyətli yerini tutur.
Türkiyə qitələri birləşdirən nəqliyyat, logistika qovşağı rolunu
oynayır”.
Xəbər yenilənəcək

