Bakı. Trend:
Türkiyənin Ankara vilayətində naməlum şəxslər əyləncə məkanına
silahlı hücum ediblər.
Trend-in məlumatına görə, əyləncə məkanına motosikletlə gələn
iki nəfər silahdan atəş açaraq qaçıb.
Hücum nəticəsində xəsarət alan olmasa da, iş yerində maddi ziyan
dəyib.
Hadisə yerinə polis əməkdaşları göndərilib. Şübhəli şəxslərin
tutulması üçün işlər aparılır.

