NBA-da qanunsuz qumar qalmaqalı

Baş səhifə

Bakı. Trend:

NBA, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) genişmiqyaslı
araşdırması çərçivəsində qanunsuz qumar oyunlarında iştirak şübhəsi
ilə bir sıra tanınmış oyunçuların və məşqçilərin həbslərinə şahid
olub.

Trend xəbər verir
ki, ABŞ hakimiyyəti kütləvi qanunsuz idman mərc oyunları və gizli
qumar əməliyyatı ilə əlaqədar yüksək səviyyəli həbslər həyata
keçirib.




Saxlanılanlar arasında “Miami Heat” klubunun oyunçusu Terri
Rozie və “Portland Trail Blazers” komandasının baş məşqçisi Çonsi
Billaps da var. Onlar 23 oktyabrda komandalarının oyunlarından
dərhal sonra saxlanılıblar.

FTB-nin araşdırması iki əsas ittihamla nəticələnib — bunlardan
biri bəzi oyunçuların mərc şanslarına təsir etmək məqsədilə saxta
xəsarətlər törətməsi, digəri isə mütəşəkkil cinayətkarlıqla əlaqəli
yeraltı poker şəbəkəsi ilə bağlıdır.