Vensan Abubakar “Neftçi”yə keçidini rəsimləşdirmək üçün Bakıya gəlib

Baş səhifə

Bakı. Trend:

Kamerunlu hücumçu Vensan Abubakar “Neftçi” futbol klubu ilə
müqavilə imzalamaq üçün Bakıya gəlib.

Trend-in
məlumatına görə, 33 yaşlı futbolçunu gətirən təyyarə Heydər Əliyev
Beynəlxaq Aeroportunda eniş edib.




Burada toplaşan azarkeşlər onu böyük coşqu ilə
qarşılayıblar.

Qeyd edək ki, “Neftçi” futbol klubu Vensan Abubakarı transfer
etdiyini rəsmi açıqlayıb.