Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

Baş səhifə

Bakı. Trend:

“Comex” birjasında gümüş füçerslərinin (2025-ci ilin dekabrına
olan tədarüklər üçün) qiyməti tarixi ən yüksək həddini yeniləyərək,
bir troy unsiyası üçün 50 ABŞ dollarını (85 AZN) ötüb keçib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, qiymətli metalın dəyəri 5,97% artaraq bir troy
unsiyası üçün 50,07 ABŞ dolları (85,12 AZN) təşkil edib. Saat
16:48-ə yaxın isə gümüşün qiyməti artım tempini bir qədər azaldaraq
49,825 dollar (+5,46%) səviyyəsinə enib.

Eyni zamanda, 2025-ci ilin dekabr ayında təhvil veriləcək qızıl
fyuçersinin “Comex” birjasındakı qiyməti 4 097,2 dollar (+2,42%)
səviyyəsində olub.