Madridin “Real” klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək qarşıdakı oyunda iştirak etməyəcək.
“Report” xəbər verir ki, bu barədə AFP agentliyi komandanın məşqçilər heyətinə istinadən məlumat yayıb.
Məlumata görə, Mbappe 13 oktyabrda baş tutacaq oyunu sağ topuq zədəsinə görə buraxacaq. O, bu xəsarəti 10 oktyabrda Azərbaycan yığmasına qarşı ev oyununda alıb. Futbolçu eyni zədəni 4 oktyabrda İspaniya çempionatının səkkizinci turunda “Vilyarreal” klubuna qarşı matçda da almışdı.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

